
Bakıda yeni piyada keçidi - FOTOLENT
Daha bir ünvanda piyada təhlükəsizliyinin səviyyəsi artırılıb.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, çoxsaylı vətəndaş müracitələri nəzərə alaraq Bibiheybət yolu ilə Arif İsmayılov küçələrinin kəsişməsinin yaxınlığında nizamlanan piyada keçidi təşkil edilib.
Svetofor xüsusi sensorla təchiz edilib. Piyada sensorlu qurğuya toxunduqdan sonra svetoforu piyada keçidi rejiminə keçirə bilər. Bu kimi svetoforlar, əsasən, hərəkətin intensiv olduğu yollarda quraşdırılır. Belə ki, yolda piyada olmadığı halda svetoforun yalnız yaşıl işığı yanır ki, bu da hərəkətin fasiləsizliyinin təmin edilməsi baxımından vacib amildir.

Oxşar yazılar

Kirayəşin ev sahibini bıçaqladı
21 yanvar 2021 , 08:20
Maşın vuran Bakı sakini ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
21 yanvar 2021 , 07:04
Bakıda qadını avtomobil vurdu
21 yanvar 2021 , 05:26
Bakıda “BMW” dekorativ ağaclara çırpıldı - FOTO
21 yanvar 2021 , 02:03Avtomobil kanala aşdı: sürücü ölüb - FOTO
20 yanvar 2021 , 18:30
Ağsu aşırımında hərəkət ÇƏTİNLƏŞDİ-FOTOLENT
20 yanvar 2021 , 15:06
Azərbaycanda bələdiyyə sədri İSTEFA VERDİ
20 yanvar 2021 , 14:50
Süni maketlərlə ov edən ovçular tutuldu
20 yanvar 2021 , 12:22