taxi
15:08 22 fevral 2020

"Sevilya bərbəri" operası yenə səhnədə

Martın 7-də  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Ukrayna və Azərbaycanın opera ustalarının birgə iştirakı ilə Coakkino Rossininin  “Sevilya bərbəri” komik operasının tamaşası olacaq.
Lent.az-ın xəbərinə görə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi bu tamaşada iştirak etmək üçün Lvov Milli Operasının aparıcı solisti, Ukraynanın Əməkdar artisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Nikolay Şulyakı (o tamaşada Almaviva rolunu ifa edəcəkdir) və Odessa Milli Akademik Opera və Balet Teatrının solisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı  Boqdan Pançenkonu (Fiqaro partiyasını ifa etmək üçün) dəvət edib.
Ukraynalı opera sənətkarları ilə yanaşı tamaşada həmçinin Azərbaycan Dövlət Opera və Balet  Teatrının solistləri  - respublikanın Əməkdar artistləri İnarə Babayeva (Ro 
zina), Tural Ağasıyev (Fiorello), Xalq artistləri Əli Əsgərov (Don Bazilio), Əkrəm Poladov  (doktor Bartolo), gənc solistlər Nina Makarova (Berta)  və Mahir Tağızadə (Zabit) çıxış  edəcəklər. 
Tamaşanı  Teatrın baş dirijoru, Əməkdar artist, Dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının  laureatı Əyyub Quliyev idarə edəcək.

 

# 2055
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar