"Valiko Həsrət" YAXALANDI: polisin xüsusi əməliyyatı
21 fevral 2020 14:45 (UTC +04:00)

"Valiko Həsrət" YAXALANDI: polisin xüsusi əməliyyatı

Balakəndə narkotik alverçisi saxlanılıb.

Lent.az-ın məlumatına görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçirib.

Nəticədə rayonun Mahmalar kənd sakini, 59 yaşlı Həsrət Abdurəhman oğlu Yekəyev saxlanılıb. Onun üzərində aparılan axtarış zamanı bir ədəd salafon torbada təmiz çəkisi 37,129 qram narkotik vasitə hesab edilən heroin və bir qabda təmiz çəkisi 6,929 qram olan metamfetamin aşkar edilərək götürülüb.

Kriminal aləmdə “Valiko” Həsrət” ləqəbi ilə tanınan Həsrət Yekəyev əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə üç dəfə məhkumluq həyatı yaşayıb. 

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

# 1925
avatar

Mehman Nəbiyev

Oxşar yazılar