Tramp Con Rudun istefa verdiyini bəyan etdi
20 fevral 2020 05:20 (UTC +04:00)

Tramp Con Rudun istefa verdiyini bəyan etdi

 

ABŞ Prezidenti Donald Tramp ABŞ Müdafiə Nazirinin siyasi məsələlər üzrə müavini Con Rudun istefa verdiyini açıqlayıb.

APA TASS-a istinadən xəbər verir ki, Tramp bu barədə Twitter səhifəsində yazıb.

"Con Ruda ölkəmizə göstərdiyi xidmətə görə təşəkkür edirəm və gələcək işlərində uğurlar diləyirəm", - deyə Tramp vurğulayıb.

Pentaqon sözçüsü Conatan Hoffman bildirib ki, Rudun vəzifəsini müvəqqəti olaraq Ceyms Anderson əvəz edəcək.

ABŞ mediası isə yayılan istefa məktubunun mətninə görə, Rudun öz istəyi ilə istefa vermədiyini yazıb. Bildirilib ki, o, istefa ərizəsini  Trampın təzyiqi ilə imzalayıb. 

"Cənab Prezident, nazir Esperin dediklərindən anladım ki, istefamı siz tələb etmisiniz”, - deyə Con Rud qeyd edib. 

Mətbuatın yazdığına görə, eyni zamanda o, ABŞ prezidentinə təşəkkür də edib.

Conatan Hoffman isə jurnalistlərə açıqlamasında bildirib ki, Tramp Prezident Administrasiyasında təyin etdiyi istənilən şəxs barədə qərar verə bilər, bu onun haqqıdır.

 

# 1583
avatar

Oxşar yazılar