Azərbaycanda ixtisara düşən işçilərin sayı AÇIQLANDI
19 fevral 2020 16:49 (UTC +04:00)

Azərbaycanda ixtisara düşən işçilərin sayı AÇIQLANDI

2019-cu il ərzində Azərbaycanda 9,4 min iş yeri bağlanıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu dövrdə bağlanmış iş yerlərinin 51,5 faizi qeyri-dövlət sektorunun payına düşüb.

İş yerlərinin 39,8 faizi (3 741,2) müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 60,2 faizi (5 658,8) isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.    

Xatırladaq ki, 2019-cu il ərzində ölkədə 192 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 27 faizi qeyri-dövlət sektorunda açılıb.

# 2531
avatar

Oxşar yazılar