Bələdiyyələrdən şikayətlərin sayı artıb - RƏSMİ
19 fevral 2020 11:17 (UTC +04:00)

Bələdiyyələrdən şikayətlərin sayı artıb - RƏSMİ

“Bəzi şəhər, rayon icra hakimiyyətlərinin, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi üzrə nümayəndələrinin fəaliyyəti barədə şikayətlər az deyil.

2019-cu ildə Prezident Administrasiyasına bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərin ümumi sayı əvvəlki illə müqayisədə 31 faiz, şikayətlərin sayı 46,4 faiz artıb”.

Lent.az xəbər verir ki, bu, Azərbaycan Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilən “Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” başlıqlı məqaləsində əksini tapıb.

Məqalədə göstərilib ki, bələdiyyələrin fəaliyyətindən narazılıq bildirilən müraciətlər Binəqədi, Xəzər, Lənkəran, Şəki, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Gədəbəy, Göyçay, İmişli, Masallı, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Şəmkir, Zaqatala, Zərdab, digər şəhər və rayonlardan daha çox olub: “Hər birimizin yaddaşında islahatlar ili kimi qalan ötən 2019-cu il həm də bələdiyyə seçkiləri ili olub. Cəmiyyət bələdiyyə seçkilərinə böyük maraq göstərib, 40 mindən çox namizədin arasından 1606 bələdiyyəyə 15 min 156 nəfər üzv seçilib. İnanırıq ki, yeni seçilmiş bələdiyyə üzvləri zamanla ayaqlaşacaq, cəmiyyətin inkişafı üçün səylərini əsirgəməyəcək, bu sahədə yol verilən qüsurların aradan qaldırılmasına çalışacaq, növbəti illərdə onların fəaliyyəti barədə şikayətlər minimuma enəcəkdir.

# 1057
avatar

Oxşar yazılar