Türkiyə millisinin sabiq futbolçusu dünyasını dəyişib
18 fevral 2020 19:09 (UTC +04:00)

Türkiyə millisinin sabiq futbolçusu dünyasını dəyişib

0

Futbolçu Mustafa Yücedağ rəhmətə gedib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Hollandiyada olarkən ürək tutmasından ölüb.

54 yaşlı Yücedağın peşəkar futbolçu karyerası 1985-1995-ci illəri əhatə edir. 1990-1992-ci illərdə “Qalatasaray”ın, ardından bir il də “Fənərbaxça”nın formasını geyinmiş mərhum futbolçu Frank Raykardın dönəmində “Qalatasaray”da köməkçi məşqçi vəzifəsini də icra edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2826

Oxşar yazılar