“Mançester Yunayted”də bu, mümkün deyil” – Poqba
18 fevral 2020 16:32 (UTC +04:00)

“Mançester Yunayted”də bu, mümkün deyil” – Poqba


 

Fransa yığmasının futbolçusu Pol Poqba ilə “Mançester Yunayted”in rəhbərliyi və məşqçilər korpusu arasında münasibət əməlli-başlı korlanıb. 

Lent.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçinin komandasını dəyişmək istəyi heç kəsə sirr deyil.

Futbolçunun qardaşı Matias Poqba məsələ ilə bağlı açıqlama verib. O, Polun “mankunianlar”dan ayrılmaq istədiyini təsdiqləyib: “Gizlədiləsi bir şey yoxdur. Hamı Poqbanın “Mançester Yunayted”də qalmaq fikrində olmadığını bilir. Pol Çempionlar Liqasında oynamaq, titullar qazanmaq istəyir. Hazırkı “Mançester Yunayted”də isə bunu reallaşdırmaq mümkün deyil”.

Qeyd edək ki, “Mançester Yunayted”ə 2016-cı ildə “Yuventus”dan keçən Pol Poqba “qırmızı şeytanlar”ın heyətində Premyer Liqanın cari mövsümündə 7 oyunda meydana çıxıb.

 

# 1959
avatar

Rizvan Babayev

Oxşar yazılar