4967
22:16
17 Fevral 2020

Sumqayıtda içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Sabah Sumqayıtın bir sıra ərazilərinə içməli suyun verilməsində saat 09:00-dan 17:00-dək məhdudiyyətlər olacaq.

APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhərində istehlakçıların içməli su təchizatı ilə təmin edən 450 millimetrlik su boru xəttində yaranan problemlə əlaqədar olaraq 16, 17, 18-ci mikrorayonlarda, 48-ci məhəllədə, Corat qəsəbəsi və Bağlar massivinin bir hissəsində suyun verilişi dayandırılacaq.

Yaranacaq fasiləyə görə Sumqayıt Sukanal İdarəsi əhalidən üzr istəyir.