4070
15:25
17 Fevral 2020

Faiq Ağayev küsülü olduğu Flora və Brilliant barədə NƏLƏR DEDİ?

Xalq artisti Faiq Ağayev aparıcı-müğənni Murad Arifin “Youtube” layihəsində qonaq olub.

Lent.az -ın məlumatına görə, Murad F.Ağayevə “Flora Kərimovanın, yoxsa Brilliant Dadaşovanın sənəti?”, - sualını ünvanlayıb. Xalq artisti isə küsülü olduğu ifaçılar barəsində bu sözləri deyib:

“Əlbəttə ki, Flora Kərimova. Sən nə danışırsan? Bu qəti surətdə müqayisə olunmaz şeylərdir. Bu elə bil turşla, yumrunun müqayisəsidir. Biri əsrlər boyu qalacaq, digəri bir az keçsin, unudulacaq”.