1095
19:11
14 Fevral 2020

Yanğında xəsarət alan uşaq xəstəxanada öldü

Fevralın 11-də Şəmkirdə baş verən yanğında ağır xəsarət alanlardan biri də dünyasını dəyişib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə zamanı xəsarət alan 2011-ci il təvəlüdlü Əhmədov Rüstəm Zöhrab oğlu Bakıda xəstəxanada dünyasını dəyişib.

Hadisə zamanı xəsarət alan digər iki nəfərin vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, yanvarın 11-də Şəmkirin Ələsgərli kəndində kənd sakini, 33 yaşlı Əhmədov Zöhrab Rüstəm oğluna məxsus ev yanıb. Hadisə zamanı 60 yaşlı Əhmədova Mehi Bayraməli qızı vəfat edib, ev sahibi və onun övladı 9 yaşlı Əhmədov Rüstəm Zöhrab oğlu ağır yanıq xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyətləri ağır olduğundan Gəncə şəhərinə, oradan da Bakıya aparılıblar. Yanğında 63 yaşlı Əhmədov Rüstəm Süleyman oğlu da xəsarət alıb. Hadisənin elektrik naqillərində baş verən qısaqapanmadan olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.