1001
19:45
14 Fevral 2020

24 min siqaret ölkəyə buraxılmadı

Ölkəyə qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az -a daxil olan məlumata görə, Gürcüstandan idarə etdiyi "VAZ 21063" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşı "Qırmızı Körpü" gömrük postunda kinoloji xidmət itinin reaksiyası nəticəsində saxlanılıb və şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı, avtomobilin yük yerində və arxa, ön oturacaqların altından 24 min ədəd "King" markalı siqaret aşkarlanıb.