Nahidə Orucova qızının Fəridlə tanışlığından danışdı
14 fevral 2020 09:34 (UTC +04:00)

Nahidə Orucova qızının Fəridlə tanışlığından danışdı

Əməkdar artist Nahidə Orucova qızı Bilqeyislə Xalq artisti Fidan Qasımovanın oğlu Fəridin tanışlıq hekayəsindən danışıb.

“7 canlı” verilişində qonaq olan aktrisa onların toy məclislərindən birində tanış olduqlarını bildirib:

“Əslində bu barədə çox danışmaq istəmirəm. Bizim qarşı tərəflə əvvəldən bağımız olmayıb. Onlar toyların birində təsadüfən tanış olublar. Əvvəlcədən biri-birilərindən xəbərləri olmayıb. Qismət”.

Xatırladaq ki, Bilqeyis və Fəridin toyu fevralın 8-də baş tutub.

 

(Axşam.az)

# 3361
avatar

Oxşar yazılar