Bu 7 şey evinizi daha da canlandıracaq
16 fevral 2020 16:25 (UTC +04:00)

Bu 7 şey evinizi daha da canlandıracaq

Evinizdə keçirdiyiniz vaxtı daha xoşbəxt etmək üçün uyğun hala gətirə bilərsiniz.

Lent.az xarici mediaya istinadla otaqların gözəl görünməsi və xoş auralı olması üçün lazım olan bir neçə nüansı diqqətinizə çatdırır.

Otaqların rənginə, ümumi dizaynına fikir verin.

Gözəl bir qoxu da evinizdə xoş aura ayardan amillərdən biridir. Bunun üçün əsasən, bitkilərə üstünlük verməyiniz məsləhətlidir.

İşıqlandırma sisteminin yüksək və uyğun səviyyədə olması da evinizin istədiyiniz kimi görünməsinə gətirib çıxaracaq. Tavandan, divardan asılan lampalar yaxud dirəkdən quraşdırılan işıqlardan istifadə edərək, bu istəyinizi reallaşdıra bilərsiniz.

Lakin bəzən hər hansı digər avadanlıqlar olmadan da evinizin gözəlliyinə rəng qata bilərsiniz. Məsələn, hobbinizə uyğun olaraq, evdə işlər görməyiniz də vaxtınızın daha xoş keçməsinə şərait yaradacaq.

Evi gözəl göstərən məqamlardan biri də, yerə döşək sərməyinizdir. Belə ki, bu üsulla da evinizi daha cəlbedici edə bilərsiniz.

Heç bir şey divarlardan asılan tablolar qədər evin gözəl görünməsini təmin edə bilməz. Sevdiyiniz rəssamların ən gözəl əsərləri ilə otaqların divarını bəzəməyiniz xoş aura yarada bilərsiniz.

# 3666
avatar

Oxşar yazılar