İqtisadiyyat nazirinin yeni müavini kimdir?
13 fevral 2020 11:10 (UTC +04:00)

İqtisadiyyat nazirinin yeni müavini kimdir?

0

Azərbaycan Prezidentinin sərəncamı ilə İqtisadiyyat nazirinə yeni müavin təyin olunub. 

Bu vəzifəyə təyin olunan Rövşən Nəcəf kimdir?

Lent.az yeni nazir müavini ilə bağlı məlumatları təqdim edir. 

Rövşən Nəcəf 1982-ci ildə Bakı şəhərində doğulub. Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib, ABŞ-ın Kolumbiya Universitetində magistr proqramı üzrə təhsil alıb. İqtisadiyyat üzrə fəlsəfə doktorudur.

Azərbaycan Dövlət İqtisad Universitetində laborant, İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, baş məsləhətçi, sektor müdiri, SOCAR-da iqtisadçı, şöbə rəisi vəzifələrini tutub.

İqtisadi İnkişaf Nazirliyində xarici iqtisadi əlaqələr şöbəsinin müdir müavini, müdiri, nazirin köməkçisi vəzifələrində də çalışan Rövşən Nəcəf həmçinin “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini, icraçı direktoru olub.

Rövşən Nəcəf 11 may 2018-ci ildən 28 avqust 2019-cu ilədək Prezident Administrasiyasının innovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri postunda çalışıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2118

Oxşar yazılar