964
13:48
10 Fevral 2020

29 yaşlı oğlanı narkotik öldürdü

Bakıda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 29 yaşlı Ağayev Mehdi Namiq oğlunun meyiti yaşadığı ünvanda aşkarlanıb.

Meyitinin ilkin müayinəsi zamanı onun qəbul etdiyi narkotikdən zəhərlənərək öldüyü məlum olub.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.