417
02:36
10 Fevral 2020

MSK sədri beynəlxalq KİV-lərə təşəkkür edib


“Biz seçki ilə bağlı müraciətləri KİV-in, ictimaiyyətin iştirakı ilə araşdıracağıq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisə keçirilən seçkilərlə əlaqədar təşkil edilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

M. Pənahov deyib ki, hər bir kəs imkanları daxilində proseslərə yardımçı olmalıdır : “Seçkilərdə 21 QHT-nin 2 min 737 müşahidəçisi vardı. Bu, çox ciddi göstərici idi. Eyni zamanda 989 səlahiyyətli nümayəndə vardı. Bu səlahiyyətli nümayəndələrin mövqelərinə çox ciddi yanaşacağıq. Seçkiləri 132 beynəlxalq KİV-in 199 əməkdaşı seçkiləri işıqlandırıb, fikirlərini səsləndiriblər. Gün ərzində də onların fəallığı hiss olunmaqda idi. Bu da bizim üçün nümunə olmalıdır. Onların komissiya olaraq bizim fəaliyyətimizdə hansısa çatışmazlığı vurğulayıblar”.