485
21:53
09 Fevral 2020

"Proses tələblərə və standartlara uyğun oldu" - Fransalı senatorlar

“Bu gün 20 məntəqədə müşahidə aparmışam. Xüsusilə seçki prosesində barmaqlara mürəkkəbin vurulmasını qeyd etmək istərdim”.

APA-nın xəbərinə görə, bunu bu gün parlament seçkilərini müşahidən edən Fransa Senatının Xarici Əlaqələr və Müdafiə Komitəsinin vitse-prezidenti Joel Guerriau mətbuat konfransında deyib.

Onun sözlərinə görə, digər maraqlı məqam yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlıdır ki, onlar vasitəsilə seçicilər barədə məlumatlar asanlıqla tapılır.

“Səslərin sayılmasında da iştirak etdim. Səmimi və ciddi prosesə şahid oldum. Bütün bunları müsbət qəbul edirəm. Proses tələblərə və standartlara uyğun oldu. Ümumilikdə seçki prosesi müsbət məcrada keçib”, - deyə fransalı senator vurğulayıb.

Digər fransalı müşahidəçi İv Metero qeyd edib ki, Seçki Məcəlləsi anlaşılan dildə hazırlanıb və seçkilər normal şəraitdə keçib.