21:03
09 Fevral 2020

Xarici müşahidəçilər: "Seçicilər azad şəkildə öz seçimlərini edirdilər"


Fevralın 9-da parlamentə keçirilən seçkilərlə əlaqədar Belarus parlamentinin müşahidə missiyası mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, missiyanın rəhbəri Sergey Laçkov bildirib ki, seçki məntəqələrində müşahidələr aparıblar: “Məntəqələrdə fəallıq müşahidə olunurdu. Təşkilatlanma yaxşı səviyyədə idi. Hazırlıq səviyyəsi də yaxşı idi. Namizədlərin hər biri üçün yaxşı şərait yaradılmışdı. Bu da şəffaflığı və ədalətli seçkinin olmasını göstərirdi”.

S. Laçkov qeyd edib ki, seçicilər azad şəkildə öz seçimlərini edirdilər: “Məntəqələrdə seçicilər heç bir təsirə məruz qalmırdılar. Qeyd etmək istəyirəm ki, əksər məntəqədə “exit-poll” təşkil olunmuşdu”.

Dİgər xəbərlər