1566
16:15
08 Fevral 2020

İki nəfərin deputatlığa namizədliyi ləğv olunub - SƏBƏB

Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərin 25-i namizədliyin qeydə alınması ilə bağlı olub.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu dövrdə 25 nəfərdən 9-nun namizədliyini MSK bərpa edib, iki nəfərin namizədliyi ikili vətəndaşlığı olduğuna görə ləğv edilib.

Ağır cinayətlərə görə məhkum edilmiş və məhkumluğu ödənməmiş şəxslərdən 5 nəfərin namizədliyinin qeydə alınması qanunvericiliyə görə mümkün olmayıb. 13 nəfərin namizədliyi isə əmlakla bağlı məlumatları səhv olduğuna görə qeydə alınmayıb.