1415
03:31
08 Fevral 2020

Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 699-a çatıb


Ötən gün Çinin Hubei əyalətində koronavirusa (2019-nCoV) yoluxanlardan 81 nəfəri ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü regional Gigiyena və Sağlamlıq Komitəsi məlumat yayıb.

Bildirilib ki, bununla da yeni virusdan ölənlərin sayı artaraq 699-a çatıb. Əyalətdə yoluxanların ümumi sayı isə 24 953 nəfər göstərilib.