451
12:45
07 Fevral 2020

"KİA" dirəyə çırpıldı: ölən var


Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun Kürdəmir rayonu Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Sumqayıt şəhər sakini Aslan Qəhrəmanovun idarə etdiyi "KİA" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı beton dirəyə çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb. Sərnişin - Gəncə şəhər sakini, 1982-ci il təvəllüdlü Xəyala Ziyad qızı Rəhimova müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.