679
16:48
06 Fevral 2020

“Cənnət Park”dakı yanğınla bağlı rəsmi AÇIQLAMA


Fövqəladə Hallar Nazirliyi (FHN) Abşeronda “Cənnət Park” yaşayış kompleksində baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-in mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, Abşeron rayonunda doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan mənzilin yanar konstruksiyaları və içərisindəki əşyalar 40 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə edilib, 1 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məlumatda həmçinin qeyd olunur ki, bina sakinlərinin təxliyəsi zamanı yanğınsöndürənlərdə tüstüdən narahtlıq halları müşahidə edilib. Bu səbəbdən də onların həkim müayinəsindən keçmə zərurəti yaranıb.