11:50
02 Fevral 2020

"Qarabağ"ın "Neftçi"dən uzaqlaşmaq, "Keşlə"nin çatmaq şansı

Azərbaycan Premyer Liqasında XV turun mübarizəsi davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün III dövrənin ilk turunun daha 2 oyunu keçiriləcək.

Hər iki qarşılaşmada autsayderlər liderləri qəbul edəcəklər. Turnir cədvəlinin 3-cü pilləsində yer alan “Keşlə” Qəbələdə eyniadlı komandanın qonağı olacaq. Bir gün əvvəl "Neftçi"nin büdrəməsi bakılılara əla şans yaradıb. Tərlan Əhmədovun yetirmələri səfərdən qalib dönməklə 2-ci pillədəki "ağ-qaralar"la xal fərqini aradan qaldıra bilərlər.

"Keşlə" qələbə ilə həmçinin özündən aşağıdakı komandadan da 6 xal uzaqlaşmış olacaq. Ancaq əyalət klubu da son pilləyə yuvarlanmaq təhlükəsi ilə üzləşib. "Qəbələ"nin qazanacağı 1 xal onların bir addım irəliləməsinə də şərait yaradacaq.

Tura liderlə sonuncu pillədəki komanda arasındakı görüşlə yekun vurulacaq. Autsayder “Səbail”in qonağı olacaq “Qarabağ” mövqeyini bir qədər də möhkəmlədə bilər. Çünki "Neftçi" qış fasiləsindən sonrakı ilk turda "Sumqayıt"la bərabərə qalıb. Ağdam təmsilçisi "ASCO Arena"da sensasiyaya imkan verməsə, əsas rəqibi ilə fərqi 8 xala yüksəldəcək. Ötən mövsümün bürünc mükafatçısı isə son pillədən qurtulmaq arzusunu yalnız qələbə ilə gerçəkləşdirə bilər.

Azərbaycan Premyer Liqası
XV tur
2 fevral (bazar)
15:00. “Qəbələ” – “Keşlə”

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Qəbələ şəhər stadionu
17:30. “Səbail” – “Qarabağ”
Hakimlər: İ
nqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Fərid Hacıyev
“ASCO Arena”

1

Qarabağ

14

9

4

1

24-7

31

2

Neftçi

15

7

5

3

23-12

26

3

Keşlə

14

6

5

3

18-12

23

4

Zirə

15

5

5

5

20-22

20

5

Sumqayıt

15

5

4

6

19-21

19

6

Sabah

15

3

4

8

14-20

13

7

Qəbələ

14

3

4

7

14-24

13

8

Səbail

14

3

3

8

10-24

12

Bombardirlər: Lorenzo Frutos ("Keşlə"), Peyman Babayi ("Sumqayıt"), Stiven Monroz ("Neftçi") - 6 qol.

Dİgər xəbərlər