İraqda təyyarə qəzası: ölənlər var
29 yanvar 2020 16:12 (UTC +04:00)

İraqda təyyarə qəzası: ölənlər var

Bu gün İraqda hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, bu barədə “El Nashra” portalı məlumat yayıb.

Hadisə Anbar vilayətində baş verib.

Bildirilib ki, ABŞ-a məxsus təyyarədə 4 nəfər olub, onların hamısı ölüb.

Qəzaya uğrayan “C-27J Spartan” hərbi nəqliyyat təyyarəsi İtaliya və ABŞ-ın birgə istehsalıdır.

# 1577
avatar

Oxşar yazılar