
Vətəndaşlarımızın Çindən təxliyəsi üçün danışıqlar aparılır - XİN

Koronavirusun aşkarlandığı Çinin Uhan şəhərindən Azərbaycan vətəndaşlarının təxliyəsi ilə bağlı danışıqlar aparılır.
Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
“Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyi Çin hökuməti ilə xüsusən Uxan şəhərində olan vətəndaşlarımızın təxliyəsi ilə bağlı danışıqlar aparır. Bu, bizim üçün çox ciddi məsələdir. Bu istiqamətdə Çin hökuməti ilə danışıqlar aparılmaqdadır”, - deyə XİN rəsmisi vurğulayıb.
Xatırladaq ki, Çində yeni növ koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb. 106 nəfər xəstəlikdən ölüb.

Oxşar yazılar

Gizli işləyən daha bir kafe bağlandı
27 yanvar 2021 , 13:01
Qadın evdən 40 minlik qızıl oğurladı
27 yanvar 2021 , 12:43
Bakıda narkotacir tutuldu, sürdüyü "Jaquar"dan isə...
27 yanvar 2021 , 12:41
Bakıda DƏHŞƏT: qadını tikə-tikə doğradılar
27 yanvar 2021 , 12:20
Azərbaycanda narkotacirlər saxlanıldı
27 yanvar 2021 , 12:19Restorandan oğurladıqlarını su qiymətinə satdılar - FOTO
27 yanvar 2021 , 12:05
Azərbaycanda bir ailənin 6 üzvü zəhərləndi - YENİLƏNİB
27 yanvar 2021 , 11:47
Bakının mərkəzində sex yandı, 1 nəfər...
27 yanvar 2021 , 11:44