11:16
28 Yanvar 2020

"Bu, Azərbaycanda futbolun inkişafından xəbər verir" - UEFA nümayəndəsi


“Azərbaycana son 10 ildə dəfələrlə səfər etmişəm. Hər dəfə xoş münasibət görmüşəm. Bu Azərbaycan futbol ailəsinə məxsus keyfiyyətdir”.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın növbəti konfransında çıxış edən FİFA nümayəndəsi Emili Şou deyib.

O, FIFA prezidenti Canni İnfantinonun Azərbaycan futboluna uğurlar dilədiyini söyləyib: “Futbolda ciddi dəyişikliklər baş verir. Futbolun bütün sahələrini təkmilləşdirməyə çalışırıq. Azərbaycanda layihələrin həyata keçirilməsini qeyd etmək istərdim. Bəzi rayonlarda infrastrukturlardan məlumatlıyıq. Bu, Azərbaycanda futbolun inkişafından xəbər verir. Bura hər səfərimdə AFFA-nın daha peşəkar addımlar atdığının şahidi oluram. Azərbaycanda qadın futbolu yox idi. Hətta Elxan Məmmədov deyirdi ki, sıfırdan deyil, mənfi birdən başlayırıq. Amma bu gün qadınlar da oynayırlar. Düşünürəm ki, bu sahədə də inkişaf gedəcək. AFFA UEFA-nın 2020 layihəsinin bir üzvü olacaq. FİFA bu qurumla əməkdaşlıqdan məmnundur”.

Dİgər xəbərlər