Polis ilə mübahisə edən sərxoş sürücü məsuliyyətə cəlb olundu - VİDEO
27 yanvar 2020 10:40 (UTC +04:00)

Polis ilə mübahisə edən sərxoş sürücü məsuliyyətə cəlb olundu - VİDEO

Sosial şəbəkələrdə Binəqədi rayonunda yol polisinin dislokasiya yerindən kənarda xidmət aparması ilə bağlı yayılan iddialar araşdırılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbut xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, gecə saatlarında Binəqədi rayon Yol Polisi Şöbəsinin əməkdaşları yol hərəkəti qaydalarının pozduğuna görə “Mersedes” markalı maşının sürücüsünə “saxla” işarəsi veriblər:

“Sürücü yol polisinin qanunu tələbinə əməl etməyib, rayonun Sulutəpə qəsəbəsi istiqamətində hərəkəti davam etdirib. Qanunvericiliyə uyğun olaraq, avtomobil saxlanılıb, sürücü E.İbrahimlinin sərxoş olması müəyyən edilib, o, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunub, avtomobil mühafizə olunan duracağa qoyulub. O da müəyyən olunub ki, sürücü məsuliyyətdən yayınmaq üçün məhəllə sakinlərini DYP əməkdaşları ilə mübahisəyə təhrik edib. DYP əməkdaşları qətiyyət göstərərək qanunvericiliyə uyğun olaraq, öz vəzifələrini icra ediblər”.

# 1000
avatar

Mehman Nəbiyev

Oxşar yazılar