Ərdoğan zəlzələdə ölən ana və oğulun dəfn mərasiminə qatıldı
25 yanvar 2020 18:35 (UTC +04:00)

Ərdoğan zəlzələdə ölən ana və oğulun dəfn mərasiminə qatıldı

Elazığda olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdə ölən ana və oğulun dəfn mərasimində iştirak edib.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti mərhumların ailə üzvlərinə başsağlığı verib.

Daha sonra çıxış edən Ərdoğan insanları şayiələrə inanmamağa çağırıb.

Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.  

 

Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.

# 1599
avatar

Oxşar yazılar