Türkiyədə baş verən zəlzələnin Azərbaycana heç bir təsiri yoxdur - Rəsmi
25 yanvar 2020 13:42 (UTC +04:00)

Türkiyədə baş verən zəlzələnin Azərbaycana heç bir təsiri yoxdur - Rəsmi

“Türkiyənin ərazisi seysmik baxımdan çox aktiv bölgədir. Orada bir sıra aktiv qırılmalar var. Axırıncı baş verən zəlzələlər də ərazidə aktivliyin yüksək olduğunu göstərdi”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri  Vüsalə Rafiqqızı bildirib.

Onun sözlərinə görə, bu zəlzələlərin Azərbaycana heç bir təsiri yoxdur.

“Azərbaycan ərazisi də seysmik bölgədə yerləşir. Lakin bizim ərazimizdəki qırılmaların nə Türkiyə, nə də digər qonşu ölkələrlə əlaqəsi yoxdur. Seysmik bölgələrdə vaxtaşırı hiss olunan və ya hiss olunmayan təkanlar baş verir. Lakin zəlzələnin dəqiq proqnozu olmadığına görə birmənalı şəkildə heç kim zəlzələ olacaq və ya olmayacaq tipli proqnoz verə bilməz”, - deyə o qeyd edib.

# 1533
avatar

Oxşar yazılar