Rayon sakini Bakıda narkotiklə tutuldu
23 yanvar 2020 10:30 (UTC +04:00)

Rayon sakini Bakıda narkotiklə tutuldu

Nərimanov rayon Polis İdarəsinin əməkdaşları iki nəfərdə narkotik maddələr aşkar edib.

Lent.az-ın verdiyi məlumata görə, rayon Polis İdarəsi Post Patrul Xidməti və 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində Bakı şəhər sakini, 30 yaşlı Nizami Əliyev saxlanılıb. Onun üzərindən 2.060 qram heroin, 2.048 qram metamfetamin aşkar edilib.

Keçirilən əməliyyat tədbirləri ilə Sabirabad rayon sakini, 40 yaşlı Məhərrəm Əhmədovdan 518 qram heroin aşkar edilərək götürülüb.

# 860
avatar

Mehman Nəbiyev

Oxşar yazılar