ABŞ-da silahlı insident: 1 ölü, 5 yaralı
23 yanvar 2020 08:06 (UTC +04:00)

ABŞ-da silahlı insident: 1 ölü, 5 yaralı

 

 

ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərinin mərkəzində naməlum şəxs insanların sıx cəmləşdiyi istiqamətə atəş açıb.

APA-nın NBC telekanalına istinadən verdiyi məlumata görə, silahlı insident nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. 

Şəhər polisi “twitter”də bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları artıq hadisə yerindədir. Şübhəli şəxsin axtarışı davam etdirilir. 

Hadisənin turistlər arasında populyar olan məkanda baş verdiyi bildirilir. 9-55 yaş aralığında olan yaralılar xəstəxanaya yerləşdirilib.

# 1197
avatar

Oxşar yazılar