Maşından oğurluq edən keçmiş məhkum tutuldu
22 yanvar 2020 19:10 (UTC +04:00)

Maşından oğurluq edən keçmiş məhkum tutuldu

Binəqədi rayonunda avtomobildən oğurluq edilib.

Lent.az-ın məlumatına görə, hadisə yanvarın 18-də, Biləcəri qəsəbəsində baş verib. Abşeron rayon sakini P.Məmmədova məxsus “Ford” markalı avtomobilin qapısının açıq olmasından istifadə edən şəxs 50 blok siqaret oğurlayıb.

Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törədən, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunmuş paytaxt sakini 26 yaşlı Elvin Qurbanov saxlanılıb.

# 1022
avatar

Mehman Nəbiyev

Oxşar yazılar