İmişlidə tanınmadan dəfn edilmiş şəhidin kimliyi bilindi
21 yanvar 2020 14:36 (UTC +04:00)

İmişlidə tanınmadan dəfn edilmiş şəhidin kimliyi bilindi

 

İmişlidə tanınmadan dəfn edilmiş və qohumluq əlaqəsi müəyyənləşmiş şəhidin kimliyi müəyyənləşib.

APA-nın yerli bürosunun xəbərinə görə, həmin şəxs 1971-ci ildə Yevlax rayonunun Aran qəsəbəsində anadan olmuş İbrahimov Vəlyəddin Səhrab oğludur. S. İbrahimov 1994-cü ilin yanvar ayında şəhid olub və İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dən edilib.

Qeyd edək ki, 1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində işğalçı Ermənistanın silahlı birləşmələrinin hücumlarının qarşısını alarkən döyüşlərdə həlak olaraq tanınmadan İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilmiş şəhidlərə aid meyit qalıqları Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə eksqumasiya olunub və müvafiq nümunələr götürülüb. Meyit qalıqlarından və dəfn edilmiş şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən götürülmüş nümunələrin eyniləşdirilməsi zamanı meyitlərdən birinin valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olduğu müəyyən edilib. Hərbi rituallara uyğun olaraq, həmin şəhidin nəşi ailə üzvlərinin istəyi ilə Yevlax şəhərindəki Şəhidlər xiyabanında 2020-ci il yanvarın 23-də saat 15:00-da dəfn ediləcək.

# 2207
avatar

Oxşar yazılar