“Mançester Yunayted” hansı məşqçi ilə danışıqlara başladı?
21 yanvar 2020 11:30 (UTC +04:00)

“Mançester Yunayted” hansı məşqçi ilə danışıqlara başladı?

 

“Tottenhem”dən ayrılandan sonra işsiz olan Maurisio Poçettino yayda məşqçilik fəaliyyətini bərpa edə bilər. 

Lent.az-ın məlumatına görə, “Mançester Yunayted” argentinalı mütəxəssislə danışıqlara başlayıb.

Hazırkı çalışdırıcı Ole Qunnar Sulşerin işindən razı olmayan “mankunianlar” mövsümün sonunda onunla yolları ayırmaq haqda düşünürlər. Komandanın baş məşqçisi postuna ən real namizəd isə Poçettino hesab olunur. “Tottenhem”də işlədiyi dövrdə özünü göstərməyi bacaran mütəxəssis təklifi rədd etməyib. Tərəflərin yaxın günlərdə yenidən görüşəcəyi bildirilir.

Qeyd edək ki, 48 yaşlı çalışdırıcı “Tottenhem”dən əvvəl “Espanyol” və “Sauthempton” klublarının “sükanı arxası”nda olub.

 

 

# 1114
avatar

Rizvan Babayev

Oxşar yazılar