Avtomobil 4 sərnişinlə qarda batdı
21 yanvar 2020 09:17 (UTC +04:00)

Avtomobil 4 sərnişinlə qarda batdı

Goranboyda avtomobil qarda batıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, rayonun Buzluq kəndində, içərisində 4 nəfərin olduğu “ВАЗ” markalı minik avtomobili dağlıq ərazidə qarda batıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.

# 881
avatar

Mehman Nəbiyev

Oxşar yazılar