Azərbaycanda azyaşlı qardaş və bacı yandı
21 yanvar 2020 00:05 (UTC +04:00)

Azərbaycanda azyaşlı qardaş və bacı yandı

 

Mingəçevirdə ehtiyatsızlıq üzündən azyaşlı qardaş və bacı yanıq xəsarətləri alıb. 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Günəşli yaşayış massivi, 13-cü küçədəki fərdi təsərrüfatlardan birində baş verib. 

Ehtiyatsız davranışları nəticəsində qaynar su ilə dolu qab aşaraq azyaşlı qardaş və bacının üzərinə dağılıb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan 2011-ci il təvəllüdlü Hüseyn Taleh oğlu Qorçiyev və onun 2012-ci il təvəllüdlü bacısı Zəhra Qorçiyeva xəstəxanaya yerləşdiriliblər. 

 

# 3131
avatar

Oxşar yazılar