Bakının Nəsimi rayonunda yol qəzası baş verib - FOTO
20 yanvar 2020 02:01 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol qəzası baş verib - FOTO

 

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, avtoqəza Rəşid Behbudov küçəsində qeydə alınıb.

"Chevrolet" markalı minik maşını idarəetmənin itirilməsi nəticəsində yoldan çıxıb və kənarda dayanmış "Daewoo Gentra" markalı avtomobilə çırpılıb. Avtomobil daha sonra dəmir çəpərlərə də dəyib.

Hadisə nəticəsində xəsarət alan olmayıb, nəqliyyat vasitələrinə isə ciddi ziyan dəyib.

Yol qəzasının təfərrüatları araşdırılır.

# 1372
avatar

Oxşar yazılar