Meşədə üstünə ağac aşdı
19 yanvar 2020 09:05 (UTC +04:00)

Meşədə üstünə ağac aşdı

Zaqatalanın Sumaylı kənd sakini, 1974-cü il təvəllüdlü Süleyman Hizbullah oğlu Bayramov rayon ərazisində meşəlik ərazidə ağac kəsən zaman xəsarət alıb. 

APA-nın şimal-qərb bürosunun məlumatına görə, onun kəsdiyi ağac üstünə aşıb. Ağır xəsarət alan S.Bayramova Zaqatala Mərkəzi Rayon Xəstəxanasında ilkin yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. 

Faktla bağlı araşdırma aparılır.

# 1292
avatar

Oxşar yazılar