"Nazlı" ləqəbli narkotik alverçisi tutuldu
18 yanvar 2020 15:12 (UTC +04:00)

"Nazlı" ləqəbli narkotik alverçisi tutuldu

Sabunçu rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, tədbir nəticəsində üzərində narkotik vasitə gəzdirdiyinə görə paytaxt sakini Abdulla Salmanov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,175 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, həmin şəxs heroini Bakıxanov qəsəbəsində “Nazlı” kimi tanıdığı narkotacirdən alıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin şəxs, əvvəllər məhkum olunmuş paytaxt sakini Nəzakət Rzayevə tutulub. Onun yaşadığı evə baxış zamanı 1 kiloqram 256 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb. N.Rzayevə narkoik vasitələrin satışı ilə məşğul oluduğunu etiraf edib.

Sabunçu rayon Polis İdarəsinin əməkdaşları narkotiklərə qarşı daha bir uğurlu  əməliyyat tədbiri həyata keçirib.

Bakı şəhər sakini Ziya Ağayevin idarə etdiyi “Mersedes” markalı avtomobildə külli miqdarda narkotik vasitələr daşıması barədə idarəyə əməliyyat məlumatı daxil olub. Əməliyyat zamanı Z.Ağayev sükan arxasında olan zaman ona polislər "saxla" işarəsi verib. O, polisin tələbinə məhəl qoymaraq qaçmağa cəhd göstərib. Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının çevikliyi sayəsində Z.Ağayev saxlanılıb və onun idarə etdiyi avtobilə baxış zamanı 3 kiloqram 110,562 qram qurudulmuş marixuana və 1 kiloqram 0,70 qram heroin aşkar edilərək götürülüb.  

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

# 1283
avatar

Mehman Nəbiyev

Oxşar yazılar