Kənddə saxta spirtli içkilər hazırlayan tutuldu
18 yanvar 2020 14:02 (UTC +04:00)

Kənddə saxta spirtli içkilər hazırlayan tutuldu

Şəkidə saxta spirtli içkilər satan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Şəki rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində fəaliyyət göstərən 3 kafedən ümumilikdə 62 ədəd müxtəlif adda və şüşə qablarda qablaşdırılmış, mənşəyi məlum olmayan və kustar üsulla hazırlanmış spirtli içkilər aşkar edilərək götürülüb.

Polis əməkdaşlarının apardığı araşdırmalarla həmin spirtli içkilərin Baş Göynük kənd sakini M.Alcanovun satdığı müəyyən edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə M.Alcanovun yaşadığı evdən  əlavə olaraq 43 ədəd müxtəlif adda və şüşə qablarda qablaşdırılmış, mənşəyi məlum olmayan və kustar üsulla hazırlanmış spirtli içkilər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

# 1158
avatar

Mehman Nəbiyev

Oxşar yazılar