Maşın qaçıran keçmiş məhkum tutuldu
17 yanvar 2020 18:58 (UTC +04:00)

Maşın qaçıran keçmiş məhkum tutuldu

 


Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini R.Kərimov yanvarın 16-da Ə.Naxçıvani küçəsindən “Opel” markalı avtomobilinin qaçırıldığını bildirib.

Lent.az-a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiy əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş M.Əliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

# 893
avatar

Mehman Nəbiyev

Oxşar yazılar