Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb
17 yanvar 2020 12:06 (UTC +04:00)

Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb

 

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 16-da saat 8 radələrində Binəqədi rayonu S.Məmmədova küçəsində Bakı şəhər sakini E.Qasımov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən paytaxt sakini Həsən Sədrəddinovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

# 689
avatar

Oxşar yazılar