Çin “5G” şəbəkəsi üçün orbitə peyk göndərdi
16 yanvar 2020 19:56 (UTC +04:00)

Çin “5G” şəbəkəsi üçün orbitə peyk göndərdi

Çin “5G” şəbəkələri üçün rabitə peykini orbitə çıxarıb. 

Lent.az “ictnews”a istinadən xəbər verir ki, aparat bərk yanacaqla işləyən “Kuaizhou-1A” raketdaşıyıcısının köməyi ilə aşağı yerətrafı orbitə çıxarılıb.

Peyk ölkənin şimal qərbində yerləşən Szyusyuan kosmodromundan buraxılıb.

Sözügedən peyk ölkə ərazisində “5G” standartlı peyk internetinin paylanması şəbəkəsini qurmaq niyyətində olan “GalaxySpace” rabitə şirkətinin maraqları naminə orbitə çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1230

Oxşar yazılar