51 yaşlı kişini maşın vurub öldürdü
18 yanvar 2020 09:39 (UTC +04:00)

51 yaşlı kişini maşın vurub öldürdü

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə İsmayıllı şəhərində qeydə alınıb. Minik avtomobili yolu keçən piyadanı, 1969-cu il təvəllüdlü Adıgözəlov Asif Ramazan oğlunu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

# 1198
avatar

Oxşar yazılar