Deputatlığa namizədlərin sayı 1400-ə çatır
15 yanvar 2020 17:32 (UTC +04:00)

Deputatlığa namizədlərin sayı 1400-ə çatır

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib. MSK sədri deyib ki, müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiqlənib: “Onlardan 2247 nəfəri imza vərəqələrini götürüb, 1772 nəfəri imza vərəqələrini qaytarıb, 1396 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.

# 898
avatar

Oxşar yazılar