Bakıda mənzillərin kirayəsi bahalaşıb
15 yanvar 2020 12:57 (UTC +04:00)

Bakıda mənzillərin kirayəsi bahalaşıb

 

2019-cu ilin dekabr ayı ərzində Bakının kirayə mənzil bazarında qiymətlər 1,7% azalıb.

Bunu "APA-Economics"ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, 2019-cu il üzrə kirayə mənzil bazarında qiymətlər 2018-ci ilin eyni dövrü ilə müqayisədə 10,5% artıb.

Qeyd edək ki, ekspertlərin fikirlərinə əsasən İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə kirayə mənzil satışına başlanılması bu bazarda təklifi artırmaqla tələb təzyiqini bir qədər yumşaldacaq və 2-3 il ərzində qiymətlərin stabilləşdirilməsinə nail olunacaq.

Fond tərəfindən kirayə mənzil satışı üzrə müraciətlərin qəbuluna qısa müddətdə başlanılması gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1234

Oxşar yazılar