Axtarışda olan iki nəfər saxlanıldı
15 yanvar 2020 12:51 (UTC +04:00)

Axtarışda olan iki nəfər saxlanıldı

 


Quba rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ildən Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3 (oğurluq-yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə axtarışda olan rayon sakini, 28 yaşlı Əfqan Qafarov rayon ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi digər bir əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə axtarışda rayon sakini, əvvəllər məhkum olunmuş 43 yaşlı Suliddin Həsənov da rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1049

Oxşar yazılar