Qanunsuz ovçular saxlanıldı - FOTO
14 yanvar 2020 09:35 (UTC +04:00)

Qanunsuz ovçular saxlanıldı - FOTO

Daşkəsəndə qanunsuz ov edənlər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən  qanunsuz ov etdiklərinə görə 6 nəfər saxlanılıb. Araşdırmalarla onların rayon sakinləri Qismət Məhərrəmov, Alı Allahverdiyev, Pənah Tağıyev, Firəddin Məhərrəmov, Vüqar Həsənov və Göygöl rayon sakini Sahil Quliyev  olduqları müəyyən edilib. Onlardan patronları ilə birlikdə ümumilikdə 6 ədəd müxtəlif markalı və kalibirli ov tüfəngi, habelə  ovladıqları 9 kiloqrama yaxın 1  baş cüyür heyvanının əti götürülüb. Davam etdirilən tədbirlərlə Vüqar Həsənova və Sahil Quliyevə məxsus ov silahlarının heç bir müvafiq sənədinin olmaması müəyyən edilib

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1127

Oxşar yazılar