Azərbaycanda ana və uşaq piyada keçidində ölümlə üz-üzə qaldı - VİDEO
13 yanvar 2020 16:33 (UTC +04:00)

Azərbaycanda ana və uşaq piyada keçidində ölümlə üz-üzə qaldı - VİDEO

Azərbaycanda piyadanın vurulması ilə nəticələnən dəhşətli yol qəzası kameraya düşüb.

Lent.az avtosfer.az-a istinadən xəbər verir ki, piyada keçidində avtomobillər dayanıb və piyadalar keçidə daxil olub. Ana və azyaşlı uşaq da keçiddən keçməyə çalışıblar.

Bu zaman arxadan gələn yük maşını “Niva”ya çırpılıb. Zərbənin gücündən “Niva” qarşıdakı “Mercedes”ə dəyib. Ardınca çevrilərək artıq yolun bir hissəsini keçən ana və uşağı vurub. Yolun ortasında plasmas arakəsmə olduğu üçün piyadalar avtomobil və arakəsmə arasında qalıblar. Bu isə onların ağır xəsarət almasına mane olub.

# 1946
avatar

Oxşar yazılar